AZ

Kriştianu Ronaldu Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

Portuqaliya yığmasının və "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu "İnter Mayami" komandasının və Argentina yığmasının futbolçusu Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib.

Moderator.az xəbər verir ki, ulduz forvard bu məsələyə jurnalist Pirs Morqana müsahibəsində toxunub.

O, jurnalistin "Belə bir fikir var ki, Messi səndən daha yaxşıdır. Bəs sən nə düşünürsən?" sualına cavab verərkən belə deyib:

"Messinin məndən daha yaxşı futbolçu olduğu fikri ilə razı deyiləm. Təvazökarlıq etmək istəmirəm".

Qeyd edək ki, iki ulduz futbolçu arasında ən güclü rəqabət Ronaldunun "Real Madrid", Messinin isə "Barselona"da oynadığı dövrdə yaşanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
14
moderator.az

10Mənbələr