AZ

“Norris artıq məğlubedilməz vəziyyətdədir”

Formula-1 üzrə 1997-ci ilin dünya çempionu Jak Vilnöv, Meksika Qran-prisində qələbə qazanan “Maklaren” pilotu Lando Norrisin çıxışı barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “Sky Sport” Vilnövün dediklərini belə çatdırıb.

“Bu, onun üçün bəyanat xarakterli bir həftəsonu idi. Belə çıxışları biz adətən Maksdan görürük, keçən il isə Lando da buna yaxın performans göstərmişdi, o zaman o, Maksla birbaşa mübarizə aparırdı. Məncə, onun üçün dönüş nöqtəsi Bakı Qran-prisi oldu – o vaxt Oskarın uğursuzluğundan istifadə edə bilmədi və bu, onun üçün sanki soyuq duş effekti yaratdı. Həmin andan sonra Norris daha güclü şəkildə geri döndü, elə bil yenidən Maksla mübarizə aparır” 

“Hazırda o yüksəlişdədir. Sinqapurda irəliləyiş etdi, Ostində daha bir addım atdı. Meksikada isə sadəcə möhtəşəm idi. Pilot belə formaya düşəndə, demək olar ki, onu heç kim dayandıra bilmir”, – deyə sabiq çempion əlavə edib.

Seçilən
104
90deqiqe.az

1Mənbələr