AZ

Xəzər sahilində ölü suitilər aşkar edilib

Qazaxıstanın Tupqarağan rayonunun Bautino kəndi yaxınlığında, Xəzər dənizinin sahilində suiti cəsədləri tapılıb.Bu barədə "Kazinform” agentliyi xəbər verir.

İri dəniz məməlisini görən və bu barədə aidiyyəti orqanlara məlumat verən yerli sakin sahildə altı ölü suitinin uzandığını bildirib. Onlardan ikisinin boğazına balıqçı torları dolaşmış vəziyyətdə olub.

Mangistau vilayətinin balıq ehtiyatlarının mühafizəsi idarəsi məlumat yayıb ki, faktla bağlı hadisə yerinə bütün səlahiyyətli qurumların inspektorları ezam edilib.

Bu ilin may ayında Mangistau sahillərində 279, iyul ayında isə Aktau sahilində bir ölü suiti aşkarlanmışdı.

Seçilən
27
13
anews.az

10Mənbələr