AZ

“PSJ-yə qalib gəlmək üçün ideal oyun sərgiləməliyik”

“Bavariya”nın baş məşqçisi Vinsent Kompani Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda PSJ ilə qarşılaşma öncəsi jurnalistlərin suallarını cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis komandasının qələbə qazanmaq üçün nə etməli olduğunu belə izah edib:

“Əvvəlcə inanmaq lazımdır ki, bunu bacara bilərik. Eyni zamanda, ideal oyun göstərməliyik. Biz Çempionlar Liqasının hazırkı qaliblərinə və bu mövsümün əsas favoritlərindən birinə qarşı oynayacağıq. Üstəlik, səfər oyunu əlavə çətinlik yaradır. Amma bizim də öz şanslarımız olacaq” 

Qeyd edək ki, PSJ – “Bavariya” oyunu 4 noyabr tarixində keçiriləcək və Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Seçilən
45
90deqiqe.az

1Mənbələr