AZ

Zelenski ordunun komandir həyətinə çağırış edib

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ordunun komandir həyətinə çağırış edib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, o, noyabrın 3-də kabinetində bir qrup jurnalistlərlə görüşündə orduya çağırış edərək bildirib ki, komandir heyəti gerçəkləri açıqlamaqdan çəkinməsinlər.

"Komandirlər ön xətdə mövqelərin itirilməsi barədə məlumat verməkdən qorxmalı deyillər. Onların əsas vəzifəsi şəxsi heyətin qorunmasıdır. Şəxsi heyəti qorudunsa, afərin olsun. Çünki şəxsi heyətin varsa, sən sonra vəziyyəti necə bərpa edəcəyini həll edə bilərsən. Amma şəxsi heyətin yoxdursa, bu başqa vəziyyət deməkdir"-deyə, o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
6
azpolitika.info

7Mənbələr