AZ

Parisdə "Swarovski" mağazasında 200 min avro dəyərində oğurluq baş verib

Parisdə "Swarovski" mağazasından 200 min avro dəyərində bəzək əşyaları və saatlar oğurlanıb.

Moderator.az bu barədə "Le Parisien" nəşrinə istinadən xəbər verir.

Polisin məlumatına görə, zərgərlik mağazasında siqnalizasiya işə düşməyib və müşahidə kameraları soyğunçular qeydə almayıb.

Hadisə yalnız səhər mağaza açılarkən məlum olub. Mağazanın işçisi qapının qırıldığını və vitrinlərin sındığını görüb.

Xatırladaq ki, oktyabrın 19-da Parisdə Luvr muzeyində böyük əks-səda doğurmuş soyğunçuluq baş vermişdi.

 

(Oxu.az)

Seçilən
46
moderator.az

1Mənbələr