ain.az bildirir, Mia.az saytına əsaslanaraq.
İsrail Qəzzada həbs etdiyi fələstinliləri sərbəst buraxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda HƏMAS bəyanat yayıb.
Bildirilib ki, İsrail ordusu Qəzzada müxətıif vaxtlarda həbs etdiyi bir qrup fələstinli məhbusları azad edib: "Fələstinlilər Qəzza zolağının cənubundakı Karem Əbu Salim Sərhəd Keçid Məntəqəsində azadlığa buraxılıblar. Onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları tərəfindən müayinə olunmaq üçün Qəzzanın mərkəzindəki Deyr əl-Bəlahdakı Əl-Əqsa Şəhidləri Xəstəxanasına aparılıblar. Müayinədən sonra ailələri ilə qovuşacaqlar"
Bəyanatda azad olunanların sayı barədə məlumat verilməyib.
Tahir Şəlvəli
MİA.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.