AZ

“Real”ın mövsümə bu qədər güclü başladığını xatırlamıram”

“Real”ın gənclər komandasının baş məşqçisi Alvaro Arbeloa əsas komandanın çalışdırıcısı Xabi Alonsonun işini yüksək qiymətləndirib.

Sportinfo.az “Madrid Universal”-a istinadən xəbər verir ki, o, Alonsonun rəhbərliyi altında “kral klubu”nun möhtəşəm çıxış etdiyini bildirib:

“Əminəm ki, Xabi Alonso ilə “Real” daha da güclənəcək. O, həqiqətən də möhtəşəm iş görür.

Açığı, “Real”ın mövsümə bu qədər güclü başladığını xatırlamıram. 14 oyunun 13-də qələbə – bu, inanılmaz nəticədir”.

Xabi Alonso cari ilin mayında “Real”ın baş məşqçisi təyin edilib. Onun komandası La Liqada 11 turdan sonra 30 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb və ən yaxın izləyicisini 5 xal qabaqlayır.

“Real” növbəti matçda, sabah UEFA Çempionlar Liqasının 4-cü turunda səfərdə “Liverpul”la qarşılaşacaq.

Seçilən
32
sportinfo.az

1Mənbələr