AZ

Tramp Rusiyanı Avropa üçün təhlükə hesab etmir Makqreqor

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor ABŞ Prezidenti Donald Trampın Rusiyanı Avropa üçün heç bir təhlükə hesab etmədiyini bildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Makqreqor yazıb ki, Trampın məqsədi ABŞ qoşunlarını Avropadan çıxarmaqdır və bu barədə onunla sonuncu dəfə danışdığında bunu tam aydın şəkildə başa düşüb.

O əlavə edib ki, Avropa mediası ABŞ-ın Rumıniya və Bolqarıstandan qoşunlarını çıxarmasına lazımi diqqəti yetirmir. Onun sözlərinə görə, bu addım Avropada hərbi balansı dəyişdirə bilər, lakin geniş ictimaiyyət bunu əhəmiyyətli saymır.

Qeyd edək ki, Şimali Atlantika Alyansı (NATO) ABŞ-ın Avropadakı qoşun ixtisarını “qeyri-adi” hesab etmədiyini açıqlayıb. Oktyabrın 29-da Rumıniya və onun NATO üzrə müttəfiqləri ABŞ-ın Avropadakı hərbi kontingentinin azaldılacağı barədə məlumatlandırılıb.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
globalinfo.az

1Mənbələr