AZ

Almaniyada hər üçüncü şirkət ixtisara hazırlaşır

Almaniyada hər üçüncü şirkət 2026-cı ildə ixtisarlar planlaşdırır.

Milli.Az xəbər verir ki,  Bu barədə "Bild" nəşri Alman İqtisadi İnstitutunun sorğusuna istinadla məlumat yayıb.

Sorğunun nəticələrinə əsasən, 2025-ci ilin sonuna doğru Almaniyanın iqtisadi perspektivləri daha da pisləşib. Belə ki, müəssisələrin 36 faizi işçi sayını azaltmağı, yalnız 18 faizi isə yeni iş yerləri yaratmağı planlaşdırır.

İxtisarlar xüsusilə sənaye sektorunda daha çox müşahidə olunacaq. Belə ki, sənaye müəssisələrinin 41 faizi işçi azaldacağını bəyan edib. Bununla yanaşı, Almaniyada investisiya böhranı da dərinləşir. Şirkətlərin cəmi 23 faizi yeni layihələrə vəsait ayırmağı planlaşdırır, 33 faizi isə investisiyaları azaltmaq niyyətindədir.

Ekspertlər bildirirlər ki, Almaniya iqtisadiyyatının zəifləməsinin əsas səbəblərindən biri Ukrayna müharibəsidir. Mütəxəssislərin fikrincə, Almaniya uzun illər Rusiya ilə sıx iqtisadi əlaqələr sayəsində sabit inkişaf etmişdi, lakin bu əlaqələrin pozulması ölkə iqtisadiyyatına ciddi zərbə vurub.

İsmayıl
Milli.Az

Seçilən
59
1
milli.az

2Mənbələr