AZ

Əl-Qaidə törəməsi Malinin paytaxtını ələ keçirməyə yaxınlaşır

Qərbi Afrikada vəziyyət getdikcə gərginləşir.

Musavat.com xəbər verir ki, The Wall Street Journal-ın məlumatına görə, Əl-Qaidənin regiondakı törəməsi olan “Camaat Nüsrət əl-İslam vəl-Müslimin” (JNIM) Malinin paytaxtı Bamakonu ələ keçirməyə hər zamankindən daha yaxınlaşıb.

Nəşr qeyd edir ki, əgər paytaxt üsyançıların nəzarətinə keçərsə, Mali ABŞ tərəfindən terror təşkilatı kimi tanınan bir qrupun idarə etdiyi ilk ölkə olacaq.

Məlumata görə, JNIM son aylarda Malinin şimal və mərkəzi bölgələrində hökumət qüvvələrinə qarşı hücumları intensivləşdirib, bəzi strateji məntəqələrdə tam nəzarəti ələ alıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, paytaxtın itirilməsi regionda yeni terror dalğasına və Qərbi Afrikanın təhlükəsizlik sisteminin çökməsinə səbəb ola bilər. 

 

Musavat.com

Seçilən
57
musavat.com

1Mənbələr