AZ

Türkiyə klubu baş məşqçisi ilə vidalaşdı

style='margin-bottom:10px;'>

Türkiyənin “Konyaspor” klubu baş məşqçisi Receb Uçarla vidalaşıb. 

QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. 

Qeyd olunub ki, İdarə Heyəti Uçarla vidalaşmaq barədə qərara gəlib. Tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıb. Receb Uçarla birgə onun köməkçiləri də “Konyaspor”dan göndərilib. 

Superliqanın son 4 turunda 3 dəfə uduzan Konya klubu hazırda 14 xalla 8-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, Receb Uçar 2024-cü ildən “Konyaspor”u çalışdırırdı. 

Seçilən
49
1
teleqraf.com

2Mənbələr