AZ

“Heç birini incitmək istəmirəm, seçim etmək məcburiyyətində qalsaydım...”

“Bayern”in sabiq futbolçusu Mario Basler, komandanın ingiltərəli hücumçusu Harri Keyn və keçmiş forvardı Robert Levandovski arasında seçim edib.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, ondan hər iki futbolçunu müqayisə etməsi xahiş olunub və Basler belə deyib:

“Bu çox çətin sualdır. Heç birini incitmək istəmirəm, amma seçim etmək məcburiyyətində qalsaydım, Robert Levandovskini seçərdim”.

Keyn “Bayern”də 2023-cü ildən çıxış edir və bütün turnirlərdə 111 oyunda 107 qol vurub, 29 məhsuldar ötürmə verib. Levandovski isə Münhen təmsilçisində 8 mövsüm keçirib, 3

75 matçda meydana çıxıb, 344 qol vurub və 73 qol ötürməsi ilə yadda qalıb. Onun hazırda 37 yaşı var və “Barselona”nın rənglərini qoruyur.

Seçilən
49
sportinfo.az

1Mənbələr