AZ

Peru Meksika ilə diplomatik əlaqələri kəsdi

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

Peru Meksika ilə bütün diplomatik əlaqələri kəsib.Newscenter.az TASS-a istinadən bildirir ki, Peru hökuməti üsyan təşkil etməkdə ittiham olunan keçmiş baş nazir Betsi Çavesin Meksikanın Limadakı səfirliyinə sığındığı üçün bu ölkə ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib. Bu barədə Perunun xarici işlər naziri Huqo de Sela açıqlama verib."Biz təəccüb və dərin təəssüf hissi ilə öyrəndik ki, keçmiş prezident Pedro Kastillonun dövlət çevrilişinə cəhddə əli olduğu iddia edilən keçmiş baş nazir Betsi Çavesə Meksika səfirinin Perudakı iqamətgahından sığınacaq verilib. Bu qeyri-dost hərəkəti nəzərə alaraq, Peru hökuməti Meksika ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib”, - deyə XİN-in açıqlamasında bildirilib. Mehman Mehdiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
103
2
newscenter.az

6Mənbələr