AZ

Oğurlanmış 300 kq qiymətli metal tapıldı

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransa polisi laboratoriyaların birindən 300 kq qiymətli metal qarət edən oğruları yaxalayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da Lionda baş verib.

"Pourquery Laboratory" zavodunun laboratoriyasına silahlı basqın edən dəstə oradan 300 kq civarında qiymətli metal götürdükdən sonra ərazini tərk edib. Laboratoriyanın 5 əməkdaşı yaralanıb. Dərhal hadisə yerinə gələn polis axtarış əməliyyatına başlayıb və noyabrın 2-də oğruların izinə düşə bilib. Az sonra 30-40 yaşında 6 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan birinin evində axtarış zamanı oğurlanmış əşyalar tapılıb. 

Yeri gəlmişkən, basqınçılardan biri qadın olub. Qruplaşma üzvlərinə mütəşəkkil cinayətkar dəstə yaratma, silahlı basqın və daha bir neçə maddə ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, oğurlanan qiymətli metalların dəyəri 28 milyon avro dəyərindədir.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
525.az

1Mənbələr