AZ

ABŞ hökuməti Əlavə Qidalanma Yardım Proqramını yalnız qismən maliyyələşdirəcək

Bakı. Trend:

Vaşinqton administrasiyası Əlavə Qidalanma Yardım Proqramını(SNAP) tam deyil, qismən maliyyələşdirməyi öhdəsinə götürüb.

Trend “ABC News”aistinadən xəbər verir ki, bu barədə ABŞ Kənd TəsərrüfatıDepartamentinin yüksək vəzifəli nümayəndəsi federal məhkəmədəməlumat verib.

Bəyanatda qeyd olunur ki, Tramp administrasiyası proqram üçün 8milyard dollar əvəzinə 4,65 milyard dollar ayırmağıplanlaşdırır.

Bu qərar Rod-Aylend məhkəməsinin 31 oktyabr tarixində qəbuletdiyi qərara qismən cavab olaraq verilib. Həmin qərarda hökumətinbağlanması fonunda Tramp administrasiyasına təxminən 42 milyonamerikalıya ərzaq yardımı üçün maliyyə təmin etməsitapşırılmışdı.

Beləliklə, proqram vasitəsilə ölkənin aztəminatlı və həssastəbəqəsinin yalnız yarısının ehtiyacları ödəniləcək.

Ərzaq, Qidalanma və İstehlakçı Xidmətləri Departamentinin katibiPatrik Penn bildirib ki, ayrılan 4,65 milyard dollar SNAPproqramının ehtiyat fondunu tamamilə tükəndirəcək.

Seçilən
112
az.trend.az

1Mənbələr