AZ

Kamçatkada sutka ərzində 60-a yaxın zəlzələ qeydə alınıb

Kamçatkada son sutka ərzində təxminən 60 seysmik hadisə baş verib, onlardan altısı hiss olunub.

APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı TASS-a məlumat verib.

Qurumdan bildirilib ki, Pетropavlovsk-Kamçatski şəhərində sakinlər 4 bala qədər yeraltı təkanları hiss ediblər:

“Son 24 saat ərzində 58 zəlzələ qeydə alınıb, onlardan 6-sı şəhər sakinləri tərəfindən hiss olunub.”

Məlumata görə, bölgədə seysmiklik səviyyəsi yüksək olaraq qalır. Baş verən təkanlar 30 iyul zəlzələsindən sonrakı afterşoklar kimi qiymətləndirilir.

Seçilən
82
1
apa.az

2Mənbələr