“Real”ın mətbuat xidməti Argentina millisinin vingeri Franko Mastantuononun tibbi müayinəsinin nəticələrini açıqlayıb.
Publika.az xəbər verir ki, 18 yaşlı futbolçuya qasıq nahiyəsində xroniki zədələnmə – pubalgiya diaqnozu qoyulub. Onun hansı müddətə sağalacağı açıqlanmayıb.
İspaniyadakı ilk mövsümündə Mastantuono “Real”ın heyətində 12 oyuna çıxıb, 1 qol vurub və 1 asist edib.