AZ

Bir məğlubiyyətlə yeri zəiflədi: Qovulacaq?

“Atalanta”nın baş məşqçisi İvan Yuriç istefa təhlükəsi ilə üz-üzədir.

Publika.az xəbər verir ki, bu barədə “Sport Mediaset” məlumat yayıb.

Komanda yeni mövsümə uğursuz start verib. A Seriyasının ilk 9 turunda 7 dəfə heç-heçə edib və 1 noyabrda “Udineze”yə 0:1 hesabı ilə uduzaraq ilk məğlubiyyətini alıb. Çempionlar Liqasında isə “Atalanta” 3 turdan sonra cəmi 4 xalla turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

Məğlubiyyətdən sonra Yuriçin durumu çox gərgindir. Klub rəhbərliyi onun yerinə iki namizədi nəzərdən keçirir — Tyaqo Motta və Raffaele Palladino. Qeyd olunur ki, Mottanın hələ də “Yuventus”la müqaviləsi var. Baxmayaraq ki, o, bu ilin martında istefaya göndərilib.

Seçilən
79
publika.az

1Mənbələr