AZ

Madonna özündən 37 yaş kiçik sevgilisi ilə evlənir

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Madonna 29 yaşlı futbolçu Akim Morrislə gizli nişanlanıb.

Lent.az xəbər verir ki, bu barədə "Radar Online" nəşri müğənninin ətrafındakı mənbəyə istinadla yazıb.

Bildirilir ki, 67 yaşlı müğənni bir neçə ildir görüşdüyü futbolçuya ərə gedir.

"Təbii ki, o, nikah müqaviləsi tərtib edəcək. Akim buna qarşı deyil: onlar görüşməyə başlayandan məxfiliklə bağlı bütün şərtlərə razılaşıb", - deyə mənbə bildirib.

Nəşr yazır ki, müğənni toyun tarixini hələ açıqlamayıb, lakin təntənəli mərasim üçün bir neçə məkanı nəzərdən keçirir. Bunların arasında İtaliya, Portuqaliya və İst-Hemptonda (ABŞ) bir malikanə var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
74
3
lent.az

4Mənbələr