AZ

Dünyada aclıq çəkən insanların sayını açıqlandı

ain.az, Lent az saytına istinadən bildirir.

2024-cü ildə 673 milyon insan aclıq, 2.3 milyard insan isə ərzaq təhlükəsizliyi problemi ilə üzləşib.

Lent.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti Annalena Berbok Qətərdə keçirilən Aclıq və Yoxsulluğa Qarşı Qlobal Alyans liderlərinin ilk görüşündə bildirib.

O qeyd edib ki, iqlim dəyişikliyi aclığa və yoxsulluğa gətirib çıxarır, kütləvi miqrasiya və münaqişələrə səbəb olur, münaqişələr isə aclığı və yoxsulluğu daha da artırır.

Berbokun fikrincə, aclığa qarşı mübarizə yalnız xeyriyyəçilik aktı deyil, həm də təhlükəsizlik məsələsidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
1
lent.az

2Mənbələr