AZ

Kevin De Brüyne əməliyyat keçirdiyini bildirib

“Napoli”nin 34 yaşlı yarımmüdafiəçisi Kevin De Brüyne sağ budunda bud sümüyünün yırtılmasından sonra əməliyyat olunduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, De Brüyne A Seriyasının 8-ci turunda “İnter Milan”a qarşı oyunda zədələnib və 37-ci dəqiqədə meydanı tərk edib.

“Hamıya salam! Bildiyiniz kimi, bir müddətdir meydandan kənardayam. Xoş xəbər budur ki, əməliyyat əla keçdi. Geri dönüşüm artıq başladı! Bütün mesajlar üçün təşəkkürlər!”, - De Brüyne sosial media səhifəsində yazıb.

Belçikalı yarımmüdafiəçi bu mövsüm İtaliya klubunda bütün yarışlarda 11 oyun keçirib, dörd qol vurub və iki məhsuldar ötürmə edib.

İdman.Biz

Seçilən
90
1
idman.biz

2Mənbələr