AZ

Ömrü uzadan 3 güclü qida: qocalmaya qarşı uzunömürlülük sirri

Uzunömürlülük təkcə genetik amillərlə deyil, gündəlik qidalanma vərdişlərimizlə də sıx bağlıdır.

E-saglam.az xəbər verir ki, bəzi qidalar orqanizmin sağlamlığını gücləndirərək ömrü uzatma potensialına malikdir.

Daha uzun yaşamaq qidalanmadan başlayır

"The Economic Times" nəşrinin məlumatına görə, uzunömürlülüyün açarı tam dənli məhsullar, qoz-fındıq və təzə meyvə-tərəvəzlərdə gizlidir. Araşdırmalar göstərir ki, bu qidalar ürək və bağırsaq sağlamlığını qoruyur, ölüm riskini azaldır və zehni rifahı yaxşılaşdırır. Alimlər hesab edirlər ki, “möcüzəvi qida” yoxdur, lakin ardıcıl şəkildə sağlam qidalanma qaydalarına əməl etmək uzunmüddətli sağlamlığın əsas şərtidir.

1. Tam dənli məhsullarYulaf, arpa, qəhvəyi düyü və tam buğda kimi dənli məhsullar lif və mikroelementlərlə zəngindir. "The American Journal of Clinical Nutrition" jurnalında 2022-ci ildə dərc olunmuş araşdırmaya əsasən, tam dənli qidaları çox yeyən insanlarda ürək-damar xəstəliklərindən ölüm halları xeyli azdır. 2024-cü ildə "Nutrients" jurnalında yayımlanan başqa bir elmi məqalə isə bu məhsulların bağırsaq mikroflorasını gücləndirdiyini və iltihabı azaldan qısa zəncirli yağ turşularını artırdığını göstərib.

Necə istifadə etməli:Ağ düyü əvəzinə qəhvəyi və ya qırmızı düyü seçin.Səhərinizi yulaf və ya arpa sıyığı ilə başlayın.Ağ çörək əvəzinə tam buğda və ya çox dənli çörəklərə üstünlük verin.

2. Qoz-fındıq və toxumlarQoz-fındıq sağlam yağlar, maqnezium, antioksidantlar və bitki mənşəli zülal baxımından zəngindir. Journal of Nutrition & Metabolism jurnalında 2025-ci ildə aparılan meta-analizə görə, gündə yarım ovuc qoz-fındıq yeyən insanların ölüm riski bu vərdişi olmayanlarla müqayisədə 20–30 faiz daha azdır. Digər tədqiqatlar da göstərib ki, qoz-fındıq qəbulu ürək-damar xəstəlikləri və şəkərli diabet riskini azaldır.

Xüsusilə qoz qan təzyiqini tənzimləyir və damar sağlamlığını yaxşılaşdırır. 2019-cu ildə aparılan bir araşdırma göstərib ki, 2 il ərzində müntəzəm qoz yeyən insanlarda sistolik təzyiq orta hesabla 4,6 mm civə sütunu qədər azalıb.

Necə istifadə etməli:Gündə bir ovuc (20–30 qram) qoz, badam və ya fıstıq yeyin.Səhər yulaf sıyığına, smuzilərə və ya salatlara doğranmış qoz əlavə edin.Şəkərsiz fındıq pastasından qəlyanaltı kimi istifadə edin.

3. Təzə meyvə və tərəvəzlərTəbii vitamin və antioksidant mənbəyi olan meyvə və tərəvəzlər uzunömürlülüyün əsas sütunlarından biridir. Nature Food jurnalında 2024-cü ildə dərc olunmuş tədqiqatda müəyyən edilib ki, çoxlu meyvə-tərəvəz yeyən insanlar daha güclü zehni fəaliyyətə və sağlam psixoloji duruma malik olur. 2023-cü ildə Public Health Nutrition jurnalında aparılan geniş araşdırmaya görə, gündəlik meyvə-tərəvəz qəbulu ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. “Mavi Zonalar” (Blue Zones) adlanan uzunömürlülük bölgələrində yaşayan insanların da əsas xüsusiyyəti bitki mənşəli qidalanmadır.

Necə istifadə etməli:Naharda və axşam yeməyində boşqabın yarısını müxtəlif rəngli tərəvəzlərlə doldurun.Meyvə şirəsi əvəzinə bütöv meyvələr yeyin.Tərəvəzləri şorbalara, yumurtalı yeməklərə və ya salatlara əlavə edin.

Daha sağlam və uzun ömür üçün tövsiyələrQidalanmanı monoton etməyin – qoz-fındıq və dənli məhsulları növbə ilə istifadə edin, meyvə seçimlərini mövsümə uyğun dəyişin. Sağlam həyat tərzini hərəkət, keyfiyyətli yuxu və stressin idarə edilməsi ilə tamamlayın.

Alimlərin fikrincə, uzunömürlülüyün sirri tək bir “super qida”da deyil, ardıcıl şəkildə sağlam qidalanma və balanslı həyat tərzindədir. Rafinə qidalar yerinə tam dənliləri, boş kalorili qəlyanaltılar yerinə qoz-fındığı, süni əlavələr əvəzinə təbii məhsulları seçin – beləliklə, daha sağlam, enerjili və uzun bir ömür qazanmaq mümkündür.

Qeyd: Bu məlumat maarifləndirmə məqsədi daşıyır. Qidalanma vərdişlərində dəyişiklik etməzdən əvvəl həkim və ya diyetoloqla məsləhətləşmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
52
e-saglam.az

1Mənbələr