AZ

Sabalenka: “Brilyantlar qızların ən yaxın dostlarıdır” FOTO

ain.az, Idman.biz saytına istinadən bildirir.

Dördqat “Böyük Dəbilqə” çempionu və birinci raketka, belaruslu tennisçi Arina Sabalenka sosial mediada 2025-ci il mövsümünü dünyanın 1 nömrəli tennisçisi kimi başa vurduğuna görə aldığı kubokun şəklini paylaşıb.

“Brilyantlar qızların ən yaxın dostlarıdır və dünyanın 1 nömrəli tennisçisi kimi başa vurduğuna görə aldığım kubokda onlar çoxdur, ona görə də...”, - Sabalenka şəkillərin altına yazıb.

İdman.Biz bildirir ki, Sabalenka 2025-ci il WTA finalında bütün qrup mərhələsi matçlarını uduzsa belə, 2025-ci ili 1 nömrəli tennisçi kimi başa vuracaq. Altıqat “Böyük Dəbilqə” qalibi, polşalı İqa Şventek ikinci yerdə qalacaq.

Bu mövsüm Sabalenka “US Open”də, Mayami (ABŞ) və Madriddə (İspaniya) keçirilən “ATP-1000” turnirlərində və Brisbendə (Avstraliya) keçirilən “ATP-500” yarışında qalib gəlib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

4Mənbələr