AZ

DİN vətəndaşlara göstərdiyi elektron xidmətlərdə yeni mərhələyə keçid edir

Bakı. Trend:

Vətəndaş məmnunluğunun artırılması, xidmətlərin əhatə dairəsiningenişləndirilməsi və vaxt itkisinə yol verilməməsi məqsədilə Daxiliİşlər Nazirliyi təqdim etdiyi elektron xidmətləri davamlı şəkildətəkmilləşdirir.

Trend xəbər verirki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş“Məhkumluq haqqında arayış”ın elektron şəkildə əldə olunmasıprosesi tam avtomatlaşdırılıb. Artıq bu arayışı “E-Polis” mobiltətbiqi və “e-xidmet.mia.gov.az” portalı vasitəsilə bir neçə saniyəərzində elektron qaydada almaq mümkündür.

Əvvəllər arayışın alınması üçün sənədlərin təqdimatı, yoxlanmasıvə hazırlanması müəyyən vaxt tələb etdiyindən vətəndaşlar növbədəgözləməli və dövlət orqanına müraciət etməli olurdular. Yeni sistemsayəsində isə təxminən bir günə alınan arayış indi real vaxtrejimində, onlayn şəkildə əldə edilir.

Bu yenilik fiziki növbələri aradan qaldırır, vaxt itkisiniminimuma endirir, xidmətin operativliyini və şəffaflığını artırır.Eyni zamanda, dövlət orqanları arasında məlumat mübadiləsisürətlənir, sənədlərin fiziki daşınmasına və arxivləşdirməyəehtiyac qalmır.

Daxili İşlər Nazirliyi rəqəmsal dövlətə keçidin realnümunələrini yaratmaqda və vətəndaş məmnunluğunu artıranyenilikləri tətbiq etməkdə davam edir.

Seçilən
29
1
az.trend.az

2Mənbələr