AZ

Merts Suriya prezidentini Almaniyaya dəvət edib

Kansler qaçqınların geri qaytarılması ilə bağlı danışıqlar aparmaq istəyir...

Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə qaçqınların repatriasiyası məsələsini müzakirə etmək məqsədilə onu Almaniyaya rəsmi səfərə dəvət edib. Bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Merts bəyan edib ki, Suriya vətəndaş müharibəsi artıq başa çatıb və sığınacaq verilməsi üçün əsas qalmayıb.

“Biz repatriasiyaya başlaya bilərik”, deyə o bildirib. Kanslerin sözlərinə görə, Almaniya hökuməti cinayət törətmiş şəxsləri Suriya ərazisinə deportasiya etməyi və Dəməşqlə vəziyyətin sabitləşdirilməsi istiqamətində əməkdaşlıq etməyi planlaşdırır.

Xatırladaq ki, oktyabrın 30-da Almaniyanın xarici işlər naziri Yohann Vadeful qaçqınların qısa müddətdə geri qaytarılmasının mümkün olmadığını bildirmişdi. Rəsmi məlumatlara əsasən, avqust ayına olan göstəricilərə görə, Almaniyada 950 mindən çox suriyalı yaşayır.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr