AZ

Kim Çen In Heqsetin iki Koreya sərhəd zonasına səfəri zamanı 10-a yaxın raket buraxıb

Şimali Koreya Sarı dənizə təxminən 10-a yaxın buraxılışlı raket (MLRS) atıb.

Ucnoqta.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, bu, ABŞ və Cənubi Koreya müdafiə nazirləri Pit Heqset və An Kyu-bakın iki Koreyanı ayıran silahsızlaşdırılmış zonaya (DMZ) birgə səfəri ilə üst-üstə düşüb.

"Şimali Koreya bazar ertəsi yerli vaxtla saat 16:00 radələrində Sarı dənizin şimal sularına raketlər atıb. Atış Heqsetin Cənubi Koreya müdafiə naziri ilə gərgin sərhədə birgə səfəri zamanı DMZ daxilində Birgə Təhlükəsizlik Bölgəsinin (JSA) cənubunda yerləşən Bonifas düşərgəsinə çatmasından bir saatdan az əvvəl baş verib", - deyə məlumatda bildirilir.

Seçilən
39
ucnoqta.az

1Mənbələr