AZ

Xabi Alonso yeni Kroos u İngiltərədə tapıb

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Kristal Palas"ın yarımmüdafiəçisi Adam Uorton "Real"a keçəcək. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb. 

Mənbənin sözlərinə görə, İspaniya klubunun baş məşqçisi Xabi Alonso 21 yaşlı yarımmüdafiəçini "yeni Kroos" hesab edir və onun transferi üçün səy göstərir. "Real" oyunçu üçün təxminən 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Uorton bu mövsüm bütün turnirlərdə 13 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 60 milyon avro qiymətləndirir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
sport24.az

1Mənbələr