AZ

Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı olub

Bakı. Trend:

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın3-də Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışıkeçirilib.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmə Azərbaycan Mədəniyyət Nazirliyi,Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankaradakı AzərbaycanMədəniyyət Mərkəzi və Antalya Böyükşəhər Bələdiyyəsinin dəstəyi iləyaradılıb.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, səfir Rəşad Məmmədov,Antalya valisinin müavini Ayhan Yazqan, Antalyanın Kepez rayonununbələdiyyə sədri Mesut Kocagöz iştirak ediblər.

Kitabxananın direktoru Oğuzhan Ceylan yeni yaradılan Azərbaycanbölməsi haqqında məlumat verib. Deyib ki, Azərbaycan bölməsindəölkəmizlə bağlı 700 nüsxə müxtəlif nəşr nümunəsi var.

Digər çıxış edənlər kitabxanada Azərbaycan bölməsininyaradılmasını yüksək qiymətləndirib, iki ölkənin mədəniəlaqələrinin inkişafına töhfə olduğunu bildiriblər.

Sonra bölmənin rəmzi açılışını bildirən lent kəsilib.

Daha sonra kitabxana ilə ümumi tanışlıq olub. Məlumat verilibki, 24 saat fəaliyyət göstərən kitabxananın qeydiyyatlı 100 minoxucusu var və onlardan min nəfəri Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, kitabxananın Azərbaycan bölməsində klassik vəmüasir ədəbiyyatımız, ölkəmizin tarixi, incəsənəti və folkloru,eləcə də şanlı Zəfərimizlə bağlı nəşrlər mövcuddur.

Məqalədə:
Seçilən
13
5
az.trend.az

6Mənbələr