AZ

Polşanın Ukraynaya verdiyi kreditlərin məbləği açıqlanıb

Polşa bu il Ukraynaya verdiyi kreditlər üzrə təxminən 26 milyon avro faiz ödəyəcək.

Editor.az xəbər verir ki, bu barədə Polşa Seyminin üzvü, millətçi və Avropa İttifaqına qarşı mövqeyi ilə tanınan “Konfederasiya” koalisiyasının lideri Qrjeqoj Plaçek sosial şəbəkədə paylaşım edib.

Deputatın müraciətinə cavab olaraq Polşa Maliyyə Nazirliyi bildirib ki, Ukrayna Avropa Komissiyasından aldığı borclar üzrə faizlərin ödənilməsi məqsədilə yardım istəyib. Nazirliyin məlumatına görə, Varşava 2024-cü il ərzində Kiyevə 25,962 milyon avro ödəyəcək. Bundan əlavə, Polşa 2027-ci ilin sonuna qədər Ukraynaya kredit ödənişlərini davam etdirəcək.

Plaçek qeyd edib ki, ötən il Varşava Ukraynanın borclarına görə təxminən 24 milyon avro faiz ödənişi həyata keçirib.

Millət vəkili mövcud vəziyyətdən narazılığını ifadə edərək bildirib ki, ölkədə artan büdcə kəsiri və dövlət borcuna baxmayaraq, Polşa vergi ödəyiciləri uzun illər boyu Ukraynanın borclarını ödəmək məcburiyyətində qalacaqlar.

// Gülnarə Abasova, Editor.az

Seçilən
28
editor.az

1Mənbələr