AZ

Bessent Ali Məhkəmənin tarif iclasında iştirak edəcək

Bessent Ali Məhkəmənin tarif iclasında iştirak edəcək

ABŞ maliyyə naziri Skott Bessent çərşənbə günü Ali Məhkəmədə keçiriləcək iclasda iştirak edəcəyini açıqlayıb. Qeyd edək ki, məhkəmədə prezident Donald Tramp administrasiyasının tətbiq etdiyi gömrük rüsumlarının qanuniliyinə dair məsələ müzakirə olunacaq.

AFN.az-ın xəbərinə görə, Bessent "Fox News" telekanalına müsahibəsində bildirib ki, bu, milli təhlükəsizlik məsələsidir və o, Ali Məhkəmədə birinci sırada oturmaq istəyir.

Tramp isə iclasda iştirak etməyəcəyini bildirib, çünki onun gəlişi diqqəti rüsumların qanuni şəkildə təsdiqlənməsi ehtimalından yayındıra bilər.

Ali Məhkəmənin 5 noyabr üçün təyin etdiyi dinləmələr Tramp dövründə tətbiq edilən bir çox gömrük rüsumlarının hüquqi əsasını araşdıracaq. Məsələ bir qrup biznes nümayəndəsinin ABŞ hökumətinə qarşı açdığı iddiadan sonra gündəmə gəlib. Onlar hesab edirlər ki, rüsumlar qanunsuzdur və şirkətlərə ciddi zərər vurur.

Seçilən
36
afn.az

1Mənbələr