AZ

Tanınmış aktrisa vəfatETDİ

Amerikalı aktrisa Dayan Ledd 89 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri onun qızı, aktrisa Lora Dernə istinadən məlumat yayıb.

Ledd noyabrın 3-də Kaliforniya ştatının Ohay şəhərindəki evində, qızının yanında olarkən ölüb. Onun ölüm səbəbi açıqlanmayıb.

Dayan Ledd karyerası ərzində 200-dən çox film və serialda rol alıb. O, üç dəfə “Oskar” mükafatına namizəd göstərilib. İlk dəfə 1974-cü ildə rejissor Martin Skorsezenin “Elis artıq burada yaşamır” (“Alice Doesn’t Live Here Anymore”) filmi ilə, daha sonra isə “Vəhşi ürək” (“Wild at Heart”, 1990) və “Dolaşan qızılgül” (“Rambling Rose”, 1991) filmlərindəki rolları ilə namizəd olub./teleqraf

Seçilən
57
redaktor.az

1Mənbələr