AZ

İki məşhur yeni trillerdə rol alacaq

İki
Benisio Del Toro və Kemeron Dias

"Oskar" laureatlı aktyor Benisio Del Toro ilə Hollivud ulduzu, aktrisa Kemeron Dias yeni, lakin hələlik adı açıqlanmayan trillerdə bir araya gələcəklər.

Reyting.az
"Deadline" jurnalına istinadla xəbər verir ki, bu ekran əsərinin rejissoru və ssenari müəllifinin Qrant Sincer olacağı artıq təsdiqlənib.

Rejissor Sincerin lentə alacağı yeni filmin çəkilişləri Los-Ancelesdə aparılacaq. Filmin süjeti barədə isə hələlik məlumat verilməyib.

Xatırladaq ki, məşhur aktyor, kinorejissor və prodüser Benisio Del Toro son vaxtlar Pol Tomas Andersonun "Döyüşmək uğrunda döyüş" və rejissor Ves Andersonun "Finikiyalı sxemi ilə" filmlərində çəkilib.

Nəşr onu da qeyd edib ki, Hollivudun ən məşhur, sevilən aktrisalarından biri olan Kemeron Dias kino karyerasındakı 10 illik fasilədən sonra "Netflix"in istehsal etdiyi "Yenidən iş başında" adlı filmi ilə böyük ekrana qayıdıb. Uzun illər əvvəl bu aktyorlar 1998-ci ildə tərəf-müqabil kimi "Las Veqasdakı qorxu və nifrət" filmində qısa müddət birgə çalışıblar.

Yeni filmin rejissoru olacaq Qrant Sincer nəşrə deyib ki, o, ekran əsərinin nə vaxt nümayiş ediləcəyini hələlik söyləyə bilməz.

Oqtay QORÇU
Seçilən
24
reyting.az

1Mənbələr