AZ

“Amazon” və “OpenAI” arasında 38 milyardlıqrazılaşma

“Amazon” korporasiyasına məxsus “Amazon Web Services” (AWS) bulud platforması ABŞ-nin “OpenAI” şirkəti ilə 38 milyard dollar dəyərində müqavilə imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Amazon” şirkəti yayıb.

Müqaviləyə əsasən, AWS “OpenAI”yə “Nvidia” çiplərinin əldə edilməsində və yüzminlərlə qabaqcıl qrafik prosessorun istifadəsində dəstək göstərəcək. Razılaşma “OpenAI”yə “ChatGPT” çat-botunun fəaliyyətini daha da təkmilləşdirməyə imkan verəcək.

Bildirilib ki, müqavilə yeddi il müddətinə imzalanıb və bu dövrdə onun ümumi dəyərinin daha da artacağı gözlənilir.

Seçilən
54
redaktor.az

1Mənbələr