
Ehtiyatda olan polis polkovniki Fazil Hüseynov vəfat edib Ulusum.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.Ağır xəstəlikdən əziyyət çəkən polkovnik bir müddət əvvəl komaya düşübmüş.Allah rəhmət etsin!Qeyd edək ki, Fazil Kamil oğlu Hüseynov 1950-ci ildə Laçın şəhərində anadan olub. İndiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Əvvəlcə Türkmənistan SSR-də işləyib. Azərbaycana qayıtdıqdan sonra Bakı və Sumqayıt polis sistemində çalışıb. Mərhumun iki oğlu, bir qızı var. Oğlu Anar Hüseynov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də şöbə müdirinin müavini vəzifəsində, qızı Sürəyya Hüseynova isə Dövlət Gömrük Komitəsində işləyir.Ulusum.az
Diqqət Çəkənlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO