AZ

İngiltərə futbol komandalarının oyununda sərxoş maskot stadiondan çıxarılıb

İngiltərədə keçirilən Futbol Kubokunun birinci mərhələsində maraqlı, eyni zamanda xoşagəlməz hadisə baş verib. AzPost The Sun nəşrinə istinadla xəbər verir ki, “Sent-Olbans Siti” komandasının maskotu matç zamanı sərxoş vəziyyətdə olduğu üçün stadiondan uzaqlaşdırılıb.

Görüş “Sent-Olbans Siti” və “Berton Albion” klubları arasında keçirilib. Sosial şəbəkələrdə yayılan videokadrlarda komandanın şir formasında olan maskotunun ayaqda güclə durduğu, hasara dəyib yıxıldığı və balansını itirdiyi görünür.

Şahidlərin sözlərinə görə, maskot meydançaya daxil olmağa cəhd edib, azarkeşlərin qarşısında poza verib və hərəkətləri ilə gülüş doğurub. Bütün bunlar tribunadakı tamaşaçıların və videonu çəkən şəxsin sarkastik şərhləri ilə müşayiət olunub.

Nəticədə təhlükəsizlik əməkdaşları onu sakitləşdirmək üçün müdaxilə ediblər. Maskot stüardların müşayiəti ilə stadiondan çıxarılıb.

Hadisə zamanı “Sent-Olbans Siti” komandası ağır məğlubiyyətə uğrayıb — oyun 0:6 hesabı ilə “Berton Albion”un qələbəsi ilə başa çatıb.

AzPost.az

Seçilən
17
1
azpost.info

2Mənbələr