“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne sağ budunda bud sümüyünün yırtılmasından sonra əməliyyat olunub.
Msport.az xəbər verir ki, 34 yaşlı futbolçu A Seriyasının VIII turunda “İnter”ə qarşı oyunda zədələnib və 37-ci dəqiqədə meydanı tərk edib.
O, açıqlamasında bir müddətdir meydandan kənar qaldığını bildirib. De Bruyne əməliyyatın uğurlu keçdiyini və geri dönüşə hazırlaşdığını söyləyib.
Belçikalı yarımmüdafiəçi bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 11 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.