AZ

Qara dənizdə Rusiyanın xüsusi təyinatlı bölməsi məhv edildi

Ukrayna qüvvələri Qara dənizdə neft platformasında yerləşən Rusiya xüsusi təyinatlı bölməsinə zərbə endirib. Hücum nəticəsində tank əleyhinə raket heyəti məhv edilib, həmçinin “Sivaş” adlı qazma qurğusundakı kəşfiyyat avadanlıqları sıradan çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, “Sivaş” platforması Rusiyanın 2014-cü ildə Krımı ilhaq etdikdən sonra ələ keçirdiyi dörd dəniz qurğusundan biridir. Digərləri “Petro Qodovanets”, “Tavrida” və “Ukrayna” platformalarıdır. Bunlar birlikdə “Boyko qüllələri” kimi tanınır.
 

The Telegraph yazır ki, Rusiya 2014-cü ildən sonra bu platformaları kəşfiyyat və radioelektron mübarizə avadanlıqları, həmçinin hidroakustik sistemlərlə təchiz edib. Bu texnika rusiyalılara Krımla Odessa arasındakı Qara dənizin şimal-qərb hissəsində səth, hava və sualtı fəaliyyətləri izləməyə imkan verib.


Nəşr qeyd edir ki, bu hücum Rusiyanın enerji obyektlərinə edilən bir sıra zərbələrdən sonra baş verib.

Jurnalistlərin məlumatına görə, bir neçə gün əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın iki əsas enerji infrastrukturuna – Orlov İstilik Elektrik Stansiyasına və “Novobryanskaya” yarımstansiyasına raket zərbələri endirib. Ukrayna hərbçilərinin bildirdiyinə görə, bu obyektlər Rusiyanın müdafiə sənayesi ilə əlaqəli müəssisələrə elektrik enerjisi təchiz edirdi.

Bizim.Media

Seçilən
27
1
bizim.media

2Mənbələr