AZ

Bu ölkə Ukraynaya qoşun göndərəcək?

İspaniya ordusu münaqişə tərəflərinin razılığı və BMT-nin sanksiyası olmadan Ukrayna ərazisinə daxil olmayacaq.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu istefada olan hərbçi Xuan Antonio Aqilar “Saxta xəbərlər üzrə dialoq 3.0” forumunda bildirib.

“Əgər biz sülhməramlı qüvvələrin göndərilməsindən danışırıqsa, bu, münaqişə tərəfləri tərəfindən razılaşdırılmalı və BMT tərəfindən təsdiqlənməlidir. Əks halda, İspaniya hakimiyyətinin hətta bir əsgər belə göndərəcəyinə inanmaq çətindir”, - Aqilar vurğulayıb.

O əlavə edib ki, İspaniya hökumətinin mövqeyi bir ildən sonra keçiriləcək seçkilər ərəfəsində ictimai narazılıq doğuracaq qədər zəifdir.

Seçilən
50
publika.az

1Mənbələr