AZ

Böyük Britaniyada miqrantlar 23 il əvvəlin rekordunu təzələdilər

Ötən il miqrantların Böyük Britaniyaya sığınacaq üçün etdikləri müraciətlərin sayı rekord həddə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times" nəşri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, 2024-cü ildə Böyük Britaniyaya 108 min miqrant gəlib.

2024-cü ildə 2023-cü illə müqayisədə (84 000) 28 faiz çox müraciət olub. Əvvəlki rekord 2002-ci ildə qeydə alınmışdı (103 min).

Xəbərdə bildirilir ki, ötən il ölkəyə 44 min qanunsuz daxilolma cəhdi qeydə alınıb. Böyük Britaniyaya Pakistandan 10 min, Əfqanıstan və İrandan isə 8 min qanunsuz miqrant gəlib.

Seçilən
25
1
ikisahil.az

2Mənbələr