AZ

"Bavariya" azarkeşlərə görə UEFA-ya şikayət etdi

BAKI, 4 noyabr. TELEQRAF

Almaniyanın “Bavariya” klubu Çempionlar Liqasının əsas mərhələsinin IV turunda PSJ ilə oyundan öncə UEFA-ya şikayət ünvanlayıb.

Teleqraf xəbər verir ki, buna səbəb Paris polis prefekturasının ani qərarı olub.

Belə ki, bütün azarkeş avtobusları matçdan əvvəl şəhərdən kənarda yerləşən pullu dayanacaqda toplanmalıdır. Bundan əlavə, “Bavariya”nın digər azarkeşləri stadionadək yalnız ictimai nəqliyyat vasitələrindən istifadə etməlidirlər. Oyundan sonra azarkeşlər nəqliyyat vasitələrinə qayıtmalı, avtobuslar isə polis müşayiəti ilə şəhəri tərk etməlidir.

Bu gözlənilməz qərardan gec xəbər tutan “Bavariya” dərhal UEFA-nın iclasında etiraz təqdim edib.

Qeyd edək ki, PSJ - "Bavariya" qarşılaşması bu gün saat 00:00-da “Park de Prens” stadionunda keçiriləcək.

Seçilən
54
teleqraf.com

1Mənbələr