Bakı.Trend:
Uşaq Strategiyasının icrası ilə əlaqədar olaraq, uşaqhüquqlarının müdafiəsi sahəsində orqanların fəaliyyətində müəyyəndəyişikliklər edilib.
Trend xəbərverir ki, bunu bu gün “Ailə, qadın və uşaq məsələləri Azərbaycanqanunvericiliyində” adlı mətbuat konfransında Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışızamanı deyib.
O qeyd edib ki, əvvəllər İcra Hakimiyyəti yanında iki ayrıkomissiya fəaliyyət göstərirdi:
“Bunlar Qəyyumluq və himayə orqanı və Yetkinlik yaşınaçatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya idi.Bu təkrarlılıq aradan qaldırıldı. Nəticədə Dövlət Komitəsinintəklifləri əsasında qəbul olunmuş dəyişikliklərlə hazırda bu ikikomissiyanın istiqamətləri birləşdirilərək “Uşaq hüquqlarınınmüdafiəsi üzrə Komissiya” yaradıldı. Bu addım həm struktur, həm dəməzmun baxımından doğru və məqsədəuyğun hesab edilir”.
B.Muradova vurğulayıb ki, eyni zamanda, Nazirlər Kabinetiyanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın katibliyiDövlət Komitəsinin nəzdində yaradıldı.
“Artıq bu ilin əvvəlindən etibarən katiblik Dövlət Komitəsininəməkdaşları hesabına fəaliyyət göstərir”.
Komitə sədri əlavə edib ki, qısa müddət ərzində bu komissiyanınişi və qanunla müəyyən edilmiş müddəaların reallaşdırılmasıistiqamətində bir çox yeni dəyişikliklər həyata keçirilib:
“Bu dəyişikliklər uşaq hüquqlarının müdafiəsi sahəsindəkomissiyaların fəaliyyətini gücləndirəcək. Çünki Dövlət Komitəsixüsusilə regionlarda fəaliyyət göstərən komissiyaların işiniəlaqələndirir, onları təlimləndirir, maarifləndirmə işləri aparırvə gündəlik texniki dəstək göstərir”, - komitə sədri əlavəedib.