Kalininqrad sakini yulaf əzməsində ülgüc parçası tapıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Kalininqradda yaşayan bir sakin mağazadan adi yulaf əzməsi (“Herkules”) paketi alıb. Lakin qeyri-adi hadisə məhsulu bişirdikdən sonra baş verib – kişi sıyığın içində ülgüc parçası aşkar edib.
Xoşbəxtlikdən, kişi xəsarət almayıb. Mağaza ona pulu qaytarmağı təklif etsə də, o, məsələni Rospotrebnadzor (İstehlakçıların hüquqlarını müdafiə xidməti) orqanına şikayət kimi təqdim etməyi üstün tutub.

Xuraman Etibarlı
İnterpress.az