AZ

Komitə sədri 16 yaşına çatmayanların evliliyinin qadağan edildiyini açıqlayıb

Bakı.Trend:

Həm qızlar, həm də oğlanlar üçün nikah yaşının 18 olaraq müəyyənolunmasına nail olmuşduq. Lakin bu sahədə bəzi istisnalar qalmaqdaidi.

Trend xəbərverir ki, bunu bu gün “Ailə, qadın və uşaq məsələləri Azərbaycanqanunvericiliyində” adlı mətbuat konfransında Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışzamanı səsləndirib.

O qeyd edib ki, mövcud istisnalar həm bu şəxslərin hüquqlarınınpozulmasına şərait yaradırdı, həm də bu pozuntuların mümkünlüyüqanuna zidd hərəkətlərin baş verməsinə gətirib çıxarırdı.

“Eyni zamanda, 2014-cü ildən etibarən nikaha daxil olmaq istəyənşəxslərin tibbi müayinədən keçməsi ilə bağlı məcburi qaydanıntətbiqi bu sahədə kifayət qədər müsbət nəticələrin əldə olunmasınaimkan verib. Bununla belə, problemlər hələ də qalmaqdadır və bizonların aradan qaldırılması üçün müvafiq qanunvericiliktəşəbbüsləri ilə çıxış edirik”, - deyə komitə sədri bildirib.

Bahar Muradova vurğulayıb ki, bu istiqamətdə inzibatitədbirlərin gücləndirilməsini nəzərdə tutan bir sıra dəyişiklikləredilib.

“Belə ki, 16 yaşına çatmayan şəxslərin evliliyə dair razılaşmayadaxil olması – yəni ailələr arasında bu mövzuda hər hansı razılığınəldə edilməsi artıq qadağan olunub. Eyni zamanda, yetkinlik yaşınaçatmayan şəxslərin evliliyi ilə bağlı mərasimlərin keçirilməsi dəqanunla qadağan edilib”, - deyə o əlavə edib.

Komitə sədri bildirib ki, 16 yaşına çatmayan şəxslərinevliliyinin təşkili və keçirilməsi ilə bağlı cinayət məsuliyyətimüəyyən olunub: “Bu hallarda həm nikah mərasimlərini təşkil edənşəxslər, həm də bələdiyyə və yerli icra hakimiyyəti orqanlarınınməsul əməkdaşları cinayət məsuliyyətinə cəlb oluna bilərlər”.

Seçilən
29
2
az.trend.az

3Mənbələr