AZ

Rusiyanın Baş naziri və Çin Sədri Pekində strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər

Rusiyanın Baş naziri Mixail Mişustin və Çin Sədri Si Cinpin Pekində strateji tərəfdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edərək ticari-iqtisadi əməkdaşlığın inkişafına, enerji, sənaye və kənd təsərrüfatı sahələrində birgə layihələrə xüsusi diqqət yetiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Danışıqlarda hər iki ölkənin hökumət üzvləri iştirak ediblər.

Qeyd edək ki, Mişustinin Çinə səfəri çərçivəsində iki dövlətin hökumət başçılarının 30-cu müntəzəm görüşünün yekunlarına dair birgə bəyanat qəbul edilib. Bəyanatda Rusiya-Çin münasibətlərinin üçüncü ölkələrə qarşı yönəlmədiyi bildirilib.

"Tərəflər bütün sahələrdə əməkdaşlığı gücləndirməyə və xarici çağırışlara müvafiq cavablar verməyə davam edəcəklər", - sənəddə vurğulanıb.

Seçilən
37
1
ikisahil.az

2Mənbələr