AZ

AYİB Türkiyədə yeni külək elektrik stansiyalarının inşasına kredit ayıracaq

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin ən böyükmüstəqil enerji şirkətlərindən biri olan və ümumi gücü 4,2 QVt olan“Enerjisa Enerji Üretim A.Ş.” şirkətinə 200 milyon ABŞ dollarınadəkməbləğdə kredit təqdim edir.

Bu barədə TrendAYİB-ə istinadən xəbər verir.

Qeyd olunur ki, səkkiz il müddətinə veriləcək kredit YEKA-2külək enerjisi layihəsinin ikinci mərhələsinin işlənməsi vətikintisinə yönəldiləcək. Layihəyə “Gaia”, “Falp” və “Arturna”külək elektrik stansiyaları daxildir.

“Müəssisələrin ümumi quraşdırılmış gücü 250 MVt-a qədər, illikenerji istehsalı isə təxminən 630 QVt/saat təmiz elektrik enerjisiolacaq. Bu isə ildə təxminən 220,000 ton CO₂ emissiyasınınazaldılmasına imkan verəcək.

Layihənin ümumi dəyəri 399 milyon ABŞ dolları həcmindəqiymətləndirilir. Təşəbbüs AYİB-in “yaşıl” və inklüziv inkişafıntəşviqi prioritetlərinə tam uyğundur.

“Yaşıl” komponent çərçivəsində layihə iqlim dəyişikliyininnəticələrinin yumşaldılmasına, bərpa olunan enerji istehsalınınpayının artırılması vasitəsilə töhfə verir. İnklüziv istiqamət üzrəisə "Enerjisa" yerli əmək bazarının tələblərinə cavab vermək üçüniki yerli mərkəz - Peşəkar ixtisas və sertifikatlaşdırma mərkəzi(VQCC), həmçinin kənd təsərrüfatı, heyvandarlıq və turizmininkişafını dəstəkləyəcək sosial müəssisə təsis edəcək”, - məlumatdabildirilir.

Məlumata görə, bu layihə həmçinin Türkiyədə kömür enerjisindənədalətli imtina prosesinin bir hissəsi olacaq, yeni iqtisadiimkanlar yaradacaq və qadınların enerji sektorundakı iştirakınıtəşviq edəcək.

Məqalədə:
Seçilən
49
1
az.trend.az

2Mənbələr