AZ

Hindistan sakinləri ayağa qalxdılar – “Övladlarımızı bizə qaytarın” – FOTO

Hindistanın Çaypur şəhərində Rusiya ordusuna cəlb olunan hindistanlıların ailə üzvləri və yaxınları etiraz aksiyası keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Hindu” nəşri yazıb.

Məlumata görə, Hindistanın hər yerindən təxminən iyirmi ailənin üzvləri iki saatlıq etiraz aksiyası zamanı bildiriblər ki, övladları hiylə ilə Rusiyada Ukrayna müharibəsində iştiraka cəlb olunublar. Onlar qohumlarının sağ-salamat geri qaytarılmasını tələb ediblər.

Etirazçılardan biri bildirib ki, oğlu pul qazanmaq üçün Rusiyaya gedib, lakin hansısa agentlərin onu müəyyən güzəştlər müqabilində aldadaraq müqavilə imzalamağa məcbur ediblər və övladını müharibə zonasına göndəriblər. Başqa bir halda isə Rusiyaya tələbə vizası ilə gedən gənc müharibəyə düşüb.

Aksiyadan əvvəl ailələr tələblərini Rusiya səfirliyinə və Hindistan Xarici İşlər Nazirliyinə təqdim ediblər.

Nazirlikdən ailələrə bildirilib ki, müharibədə iştirak edən 55 nəfər gənc, o cümlədən aksiya iştirakçılarının yaxınları barədə məlumat var və onların tezliklə geri qaytarılması üçün səylər göstərilir.

Xatirə SADİQ

Seçilən
33
nocomment.az

1Mənbələr