AZ

Növbəti il idxal olunan mallara əlavə dəyər vergisi üzrə büdcəyə daxilolmalar 4 % artacaq

Bakı. Trend:

2026-cı ildə idxal olunan mallara əlavə dəyər vergisi üzrəbüdcəyə daxilolmalar 4 750 000 000 manatməbləğində nəzərdə tutulur.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə182 000 000 manat və ya 4,0 %,2024-cü ilin icrası ilə müqayisədə 140 900 000manat və ya 3,1 % çoxdur.

Artım Azərbaycan Respublikası iqtisadi və sosial inkişafkonsepsiyası və proqnoz göstəricilərinə əsasən idxal həcmlərininartımla proqnozlaşdırılması, həmçinin fiskal siyasət çərçivəsindənəzərdə tutulan yeni tədbirlərlə əlaqədardır.

Belə ki, 2026-cı il üzrə idxalın həcmi 19 milyard ABŞdolları səviyyəsində müəyyən edilib ki, bu da cari ilinproqnozu ilə müqayisədə 447 900 000 ABŞ dolları vəya 2,4 %, 2024-cü ilin faktiki icrası iləmüqayisədə isə 1,1 milyard ABŞ dolları və ya6,3 % çoxdur.

Seçilən
12
4
az.trend.az

5Mənbələr