AZ

HP: Artıq ödəmələr vergi daxilolmalarının icrasına təzyiq yaradır

2025-ci ilin ilk 9 ayı ərzində dövlət büdcəsinin kassa əsaslı vergi daxilolmalarının tərkibində artıq ödəmələrin həcminin artması müşahidə edilib.

APA-Economics” xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.

Qeyd edilib ki, müvafiq dövrün sonuna ilin əvvəli ilə müqayisədə artıq ödəmələrin məbləği 290,2 mln. manat artıb. Bu tendensiya ortamüddətli dövr üçün proqnozlaşdırılan vergi daxilolmalarının icrasına əlavə təzyiq yaradır, dövlət büdcəsinin gəlirlərinin dayanıqlılığına dair obyektiv qiymətləndirməni çətinləşdirir və planlaşdırma prosesində əlavə risklər formalaşdırır.

Seçilən
19
2
apa.az

3Mənbələr