AZ

Nazirlər Milli Məclisdə - Büdcə müzakirələri BAŞLADI

Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsinin müzakirələri başlayıb.

Bizim.Media xəbər verir ki, büdcə zərfinin müzakirəsi ilk olaraq İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunur.

Müzakirələrdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və
Mərkəzi Bankın sədri Taleh Kazımov da iştirak edir.

Qeyd edək ki, "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi digər komitələrdə də müzakirə ediləcək.

Günay Şahmar, Bizim.Media

Seçilən
20
2
bizim.media

3Mənbələr